FHN-nin gəmiləri "Günəşli"dəki quyuda qaz təzahürünün qarşısını alır

15:38 - 26 Sentyabr 2016 - Xəbər

Yanğınsöndürmə gəmiləri "Günəşli"dəki quyuda qaz təzahürünün qarşısını alır. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixır-5" və "Vixır-7" yanğınsöndürmə gəmiləri özülə yan alıb və təhlükəsizlik tədbirlərinin görülməsinə başlayıb.
Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.

Xəbər xətti