29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində seçki fəallığı müşahidə olunur - FOTO

12:14 - 26 Sentyabr 2016 - ÖLKƏ İÇİ

29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində seçki fəallığı müşahidə olunur. 

Bunu "Report" a məntəqənin sədri İmran Cəmiyev deyib. O bildirib ki, seçki məntəqəsində 1440 seçici qeydiyyatdadır. İ.Cəmiyevin sözlərinə görə, saat 10:45 radələrində seçicilərin təxminən 250-dən çoxu səsvermədə iştirak edib: "Bu saata qədər hər hansı bir qanun pozuntusu qeydə alınmayıb".


Xəbər xətti