“Azərbaycanda referendumla bağlı səsvermə çox yaxşı təşkil edilib”

11:56 - 26 Sentyabr 2016 - Xəbər

"Proseduralar dəqiq həyata keçirilir" - ATƏT PA məruzəçisi

“Azərbaycanda referendumla bağlı səsvermə çox yaxşı təşkil edilib”.APA- nın məlumatına görə, bu sözləri Kipr Parlamentinin deputatı, ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçisi Haciyanni Kiriakos deyib. Onun sözlərinə görə, təşkilatçılar səsvermə ilə bağlı mümkün qədər məlumat verməyə çalışırlar: "Seçki məntəqələrində müxtəlif təşviqat materialları yerləşdirilib. Məntəqələr açılandan bəri 4 seçki məntəqəsində olmuşam. Proseduralar dəqiq həyata keçirilir".

Xəbər xətti