Suraxanıda yerləşən 26 saylı və 22 saylı seçki məntəqələri referenduma hazırdır

09:36 - 26 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Bakının Suraxanı rayonu ərazisində yerləşən 121 saylı Laçın seçki dairəsinin tərkibində fəaliyyət göstərən 26 saylı seçki məntəqəsi və Bakı şəhəri Suraxanı rayonu 280 saylı bağçada fəaliyyət göstərən 22 saylı seçki məntəqəsində səsvermə prosesi saat 08:00-da başlayacaq.

"Report" xəbər verir ki, seçki qutuları komissiya üzvlərinin və müşahidəçilərin iştirakı ilə möhürlənib. 121 saylı Laçın seçki dairəsinin tərkibində fəaliyyət göstərən 26 saylı seçki məntəqəsində qeydiyyatda olan seçicilərin sayı 1226 nəfər, Bakı şəhər Suraxanı rayonu 280 saylı bağçada fəaliyyət göstərən 22 saylı seçki məntəqəsində qeydiyyatda olan seçicilərin sayı isə 1424 nəfər təşkil edir. 
Hələlik beynəlxalq müşahidəçilər seçki məntəqələrinə gəlməyib. Səsvermə prosesinin gedişini əsasən müxtəlif təşkilatları təmsil edən yerli müşahidəçilər izləyəcəklər. 
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi - (referendum) günüdür. 

Xəbər xətti