Bakıda yanğın olub

09:31 - 26 Sentyabr 2016 - HADİSƏ

Bakıda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 30 m2 olan kafenin yanar konstruksiyaları, ona bitişik ümumi sahəsi 12 m2 olan taxta konstruksiyadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 120 m2 olan ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyası 0,5 m2 sahədə  yanıb.
 Yüksək temperaturdan mağazasının lambirdən ibarət divar üzlüyü 0,5 m2 əriyib. Kafe, ərzaq mağazasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunUB. Yanğın saat 04:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti