MDB PA missiyasının rəhbəri: “Vətəndaşlara səsvermə hüququndan istifadə etmək imkanı yaradılıb”

09:28 - 26 Sentyabr 2016 - Xəbər

 "Azərbaycanda referenduma hazırlıq ən yüksək səviyyədədir. Vətəndaşlara səsvermə hüququndan istifadə etmək üçün imkan yaradılıb". APA-nın xəbərinə görə, bunu MDB Parlamentlәrarası Assambleyasının müşahidә missiyasının rəhbəri İlyas Umaxanov deyib.
O bildirib ki, insanların səs verəcəkləri dəyişikliklər demokratiyanın əsaslarını möhkəmlətmək üçündür. "Azərbaycan prezidenti İlham Əliyevlə dünən keçirilən görüşümüzdə bu məsələləri ətraflı müzakirə etdik. Keçmiş sovet respublikaları demokratiyanın inkişafının tam yeni formalarını nümayiş etdirir. Bu mənada Azərbaycan xalqının rəhbəri liderdir" - deyə o qeyd edib.

Xəbər xətti