AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana səfər edəcək

09:25 - 26 Sentyabr 2016 - Xəbər

 Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda noyabr ayında Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə "Report"a AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda (Rumıniya) bildirib.

Onun sözlərinə görə, səfər noyabr ayının ikinci ongünlüyünə planlaşdırılır.
Qeyd edək ki, hazırda həmməruzəçilər Bakıdadırlar və AŞPA müşahidə missiyasının tərkibində Azərbaycanda keçirilən referendumun monitorinqini keçirirlər.

Xəbər xətti