Kürdəmirdə ağır yol qəzası: iki nəfər xəsarət alıb

12:41 - 23 Sentyabr 2016 - HADİSƏ

 Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un xəbərinə görə, hadisə gecə saatlarında Ağsu-Kürdəmir-Bəhramtəpə yolunun 29 cu km-də, Kürdəmir rayonunun Qaraqocalı kəndindən keçən hissəsində baş verib.Belə k, 24 yaşlı sürücü Əhməd Gülməmməd oğlu Əhmədov "VAZ-21015" markalı avtomobillə Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca dəyərək daha sonra vətəndaşa məxsus hasara çırpılıb.

Nəticədə Ə.Əhmədov və sərnişini, 1994-cü il təvəllüdlü Azər Mahir oğlu Ədilov ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. 
Xəstəxanadan "Report"a verilən məlumata görə, xəstələrin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti