Tbilisi prospektində iki nəfəri bıçaqlayan şəxs Ali Məhkəməyə müraciət edib

11:28 - 23 Sentyabr 2016 - HADİSƏ

Bakı Apellyasiya Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Nahid Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Ucnoqta.az xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətlə çıxış edib.
Vəkil prosesin məhkəmə istintaqı ilə aparılmasını istəyib. Vəsatət təmin edilməyib. Həmin qərardan narazı qalan müdafiəçi kassasiya şikayəti verib. Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.
Qeyd edək ki, ötən il sentyabrın 13-də saat 03:30 radələrində Tbilisi prospektində Xırdalan şəhər sakini, 1980-ci il təvəllüdlü Rasim Hüseynova və Zaur Rzayevə bıçaqla ağır bədən xəsarəti yetirilib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü N.Əliyev tutulub. Hadisənin münaqişə zəminində törədildiyi məlum olub.
O, Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunb.
Bu il iyun ayınında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əliyev 7 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Xəbər xətti