Ana səhifə
21 Sentyabr 2018

İcra başçısının 2 milyonluq qalmaqalı haqda - Açıqlama

İmişli Rayon İcra Hakimiyyətindən rayonun icra başçısı Vilyam Hacıyevin sahibkara 2 milyon manat borcu olması ilə bağlı yayılan xəbərlərə reaksiya gəlib. 
 

 

Ucnoqta.az xəbər verir ki, icra hakimiyyətindən Qafqazinfo-ya verilən məlumatda bildirilir ki, icra başçısı Vilyam Hacıyev “Neftçi”nin veteran futbolçusu Maşallah Əhmədovla heç bir müqavilə imzalamayıb: “Maşallah Əhmədov abadlıq və quruculuq işləri görmək üçün hansısa podratçı şirkətlə müqavilə imzalayıb. Vilyam Hacıyev də rayonda bir sıra işlərin görülməsi müqabilində həmin şirkətə lazım olan vəsaitin hamısını ödəyib. Əgər Maşallah Əhmədovun alacağı varsa o zaman bunu həmin şirkətdən tələb etməlidir, icra başçısından deyil. Sizcə hansısa şirkətin ona borclu olması icra hakimiyyəti üçün nə dərəcədə əhəmiyyətli ola bilər. Biz həmin şirkətlə də əlaqə saxladıq və bizə bildirildi ki, 2013-cü ilin fevralın 23-də ona olan bütün borc ödənilib və Maşallah Əhmədov öz imzası ilə bunu təsdiqləyib. 

Üstəlik bir insan ona borclu olan birini niyə məhkəməyə deyil, mətbuata versin? Mətbuat məlumatı sadəcə işıqlandırmaq üçündür. Əgər həqiqətən də şikayətçidirsə bunun üçün hüquq-mühafizə orqanları var”.

 

Xarırladaq ki, “jam.az” saytı Vilyam Hacıyevin Neftçi”nin veteran futbolçusu Maşallah Əhmədova Göygöl, Samux və İmişlidə gördürdüyü işlərin müqabilində verilməli olan 2 milyon manatını ödəməkdən imtina etməsi ilə bağlı məlumat yayıb.  Onu da qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevın sahibkarlara külli miqdarda borcu olması haqda mətbuatda dəfələrlə yazılar dərc olunub.

 

Tarix
8 Noyabr 2014 [11:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin