"Azərbaycan Dəmir Yolları" açıq tender elan edib

10:00 - 23 Sentyabr 2016 - ÖLKƏ İÇİ

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İnfrastruktur Departamenti yolun üst quruluşu materiallarının, izolyasiya materiallarının və hopdurulmuş ağac şpalların satınalınması ilə əlaqədar açıq tender elan edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, tender üç lot üzrə keçirilir və hər lotun dəyəri 100 manatdır.

Tenderdə lot-1 yolun üst quruluşu materiallarının (altlıq KB-65,sıxac, sıxac boltu qayka ilə R-65 yol kastili, 2burumlu şayba, yastı şayba), lot-2 izolyasiya materiallarının (rezin altlıq, rezin altlıq, izolyasiya materialları R-65, izolyasiya materialları R-50, mis rels birləşdirici), lot-3 isə hopdurulmuş ağac şpalların (dərəcə I A) satınalınmasını nəzərdə tutur.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan zəruri sənədləri 12 oktyabr saat 18:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 21 oktyabr saat 18:00-dək Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 230 ünvanına (ADY-nin İnfrastruktur Departamentinə) təqdim etməlidirlər.

Xəbər xətti