Traktorla yük maşını toqquşub - Qubada

09:35 - 23 Sentyabr 2016 - HADİSƏ

Gecə saatlarında Bakı-Quba yolunun Paşaoba kəndi ərazisində yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"un Şimal bürosu xəbər verir ki, hadisə yolun qaranlıq olması səbəbindən baş verib.
Qəza zamanı Paşaoba kənd sakini, 1980-ci il təvəllüdlü İsgəndərov Gülayəddin Ağarəhim oğlunun idarə etdiyi traktorla "Kamaz" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində traktorun sürücüsü xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəyə döş qəfəsinin əzilməsi, sağ qulaq seyvanın əzilmiş-cırılmış yaraları, bədənin çox saylı sıyrıntıları diaqnozu qoyulub.
Hadisə şahidlərinin sözlərinə görə, naməlum "Kamaz" sürücüsü xəsarət almayıb.
Faktla bağlı Quba Rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbər xətti