ABŞ-dan yenə Türkiyədə terror təhlükəsi xəbərdarlığı

15:56 - 22 Sentyabr 2016 - DÜNYA

ABŞ-ın Türkiyədəki səfirliyi Qaziəntəp vilayətində terror hadisəsi törədilməsi təhlükəsi barədə öz vətəndaşlarına xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyet" qəzeti diplomatik nümayəndəliyə istinadən xəbər verib.
Məlumatda deyilir ki, terrorçuların hədəfi əcnəbilərin Qaziəntəpdə daha çox olduğu ticarət mərkəzləri ve restoranlar ola bilər: "ABŞ vətəndaşlarına imkan daxilində bu yerlərə getməməyi tovsiyə edirik".
Qeyd edək ki, avqustun 21-də həmin vilayətdə törədilmiş terror hadisəsi zamanı 50 nəfər ölüb.

Xəbər xətti