Bakıda oğlan öz dostunu bıçaqlayıb

12:35 - 22 Sentyabr 2016 - HADİSƏ

Bakıda dostlar arasında yaranan münaqişə bıçaqlanma ilə nəticələnib. Hadisə Binəqədi rayonunun Abay Kunanbayev küçəsində baş verib.
Belə ki, kafedə yeyib içən Kərim Abbasov dostu Vüqar Əliyevlə mübahisə edib. Mübahisə zamanı K.Abbasov cibindən çıxardığı bıçaqla dostuna iki zərbə vurub. Ağır yaralanan V.Əliyev xəstəxanaya çatdırlıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. 
K.Abbasov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.report

Xəbər xətti