Höküməlidə ev yanıb

16:10 - 21 Sentyabr 2016 - HADİSƏ

Abşeron rayonunda evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş xəbərə görə, Höküməli qəsəbəsində vətəndaşa məxsus sahəsi 200 m2 olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin 1 otağında ev əşyaları yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 13:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti