Elmar Məmmədyarov Norveçin xarici işlər naziri ilə görüşüb

15:41 - 21 Sentyabr 2016 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşüb.XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Norveç əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.Norveçin xarici işlər naziri Borge Brende ölkəsinin Azərbaycanın Avro-Atlantika təsisatları ilə əməkdaşlığını dəstəklədiyini bildirib.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin mövcud vəziyyəti haqqında məlumat verərək, münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb.

Xəbər xətti