ABŞ-da afro-amerikalının qətlindən sonra etiraz aksiyaları keçirilib - VİDEO

12:20 - 21 Sentyabr 2016 - DÜNYA

Etiraz aksiyaları Şimali Karolina ştatında polis afro-amerikalını güllələdikdən sonra başlayıb. RİA Novosti xəbər verir ki, bu barədə polisdəki mənbəyə istinadən WSOCTV telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə Şarlott şəhərində çərşənbə axşamı baş verib. Polislər şübhəlilərdən birini şəhərin şimali-şərqində axtarırdılar, onu maşından çıxarkən görüblər. Kişinin yenidən maşına qayıtdığını və oradan silahla çıxdığı bildirilib. Həmin şəxsin polis zabitləri üçün təhülkəli olduğuna görə ona atəş açılıb, bu, polis bölməsindən təqdim edilən versiyadır.

Hüquq-mühafizə orqanları əməkdaşları kişiyə ilkin tibbi yardımı göstərməyə çalışıblar. Daha sonra o, xəstəxanaya çatdırılıb. Xəstəxanada onun öldüyü həkimlər tərəfindən təsdiqlənib.

Daha sonra ölən şəxsin kimliyi müəyyən edilib, bu, 43 yaşlı Keyt Lamont Skott olub.

Telekanalın məlumatına görə, Skottun ailə üzvləri onun silahının olmadığını bildiriblər. Onun əlində kitab var idi və oğlunun məktəbdən gəlməsini gözləyirdi.

Bu hadisədən sonra insanlar küçəyə çıxaraq polisin bu əməlinə qarşı etirazlarını bildiriblər. Məlumata görə, etiraz edənlər mərkəzi yollardan birini bağlayıblar.

Xəbər xətti