Ana səhifə
20 Noyabr 2018

Qarabağın İbrahim Şehiçinin adı transfer Qalmaqalında

“Qarabağ”ın qapıçısı İbrahim Şehiçin adı transfer qalmaqalında hallanır. 

 

“Qafqazinfo” fanat.az-a istinadən xəbər verir ki, bu barədə Bosniya və Hersoqovinanın “Jelezniçar” klubunun prezidenti Almir Qrediç məlumat verib.

Klub rəhbəri bildirib ki, “Mersin İdman Yurdu” 2011-ci ildə “Jelezniçar”dan transfer etdiyi Şehiçə görə borclu olduğu 425 min avronu noyabrın 10-dək ödəməlidi. Bu barədə qərarı isə UEFA qəbul edib.

Almir Qrediç deyib ki, UEFA-nın qərarı yerinə yetirilməyəcəyi halda qurumun İntizam Komitəsinə məlumat verəcəklər: 

“Bu, 2-3 ildi davam edən bir problemdi. Klubumuz hüquqi baxımdan hər şeyi edib. İndi pulun hesabımıza köçürülməsini gözləyirik. "Mersin İdman Yurdu" noyabrın 10-dək pulu ödəməsə, ayın sonunda UEFA tərəfindən cəzalandırılacaq”.

Qeyd edək ki, 2013-cü ildən “Qarabağ”da çıxış edən Şehiç 2011-2013-cü illərdə “Mersin İdman Yurdu”nda 37 oyun keçirib.

Tarix
8 Noyabr 2014 [00:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin