Neftin qiymətləri

11:31 - 21 Sentyabr 2016 - İQTİSADİYYAT

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir. Ucnoqta.az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,32% artaraq 43,44 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,22% bahalaşaraq 46,44 dollar olub.

Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 46,54 və 43,81 dollar təşkil edib. 

Xəbər xətti