Ana səhifə
25 Sentyabr 2018

İradə Tuncaydan dostlarına...

Yazıçı-publisist İradə Tuncayın bu günlərdə daha bir kitabı – "Müşfiq insanlar ölkəsi” oxucuların ixtiyarına verilib.

 

 

Ucnoqta.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, kitabda, İ. Tuncayın dünyaya baxışlarını, düşüncələrini, bu və ya digər hadisələrə münasibətini, elə öz dili ilə desək: "özündən özünə yol getmək”lə, "öz diyarındakı gerçəklərə inandırmaq”la həyati məqamları əks etdirən esseləri yer alır. Yazıçı təkcə tanınmış simalar deyil, ictimaiyyət tərəfindən az tanınan insanlar haqqında da məharətlə qələmə aldığı yazılarda dolğun, obrazlı təəssürat yaradır. Bundan başqa, kitabda müəllifin sevdiyi ədiblər, sənətkarlar və onların əsərləri haqqında fikirləri də özünəməxsus çalarlarla diqqət çəkir.  

 

Kitab tanınmış yazıçı, "525-ci qəzet”-in baş redaktoru Rəşad Məcidin ön sözü ilə başlanır. Uzun illərin dostluğu R. Məcidə İ. Tuncayın portretində bir şəxsiyyət, yazıçı, dost cizgilərini göstərməyə imkan verir. Yazıçının yaradıcılığından, onunla xatirələrindən bəhs edən baş redaktor müəllifi daha bir uğuru - yeni kitabı münasibətilə təbrik edir.

 

Qeyd edək ki,  “Müşfiq insanlar ölkəsi”ndən öncə İradə Tuncayın "Sarı odalar”, "Yol” kitabları işıq üzü görüb.  

Tarix
8 Noyabr 2014 [00:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin