Ana səhifə
15 Noyabr 2018

""Samsung”un Dağlıq Qarabağda nümayəndəliyi yoxdur" - AÇIQLAMA

Cənubi Koreyanın “Samsung” şirkətinin Dağlıq Qarabağda heç bir nümayəndəliyi yoxdur və bu şirkət öz adının siyasi məsələlərdə hallanmasının qatı əleyhinədir”. Ucnoqta.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Samsung” korporasiyasının Bakıda yerləşən Qafqaz nümayəndəliyinin rəhbəri Sanq Pil Çan deyib.

 

 

Dağlıq Qarabağda “Samsung”un nümayəndəliyinin açılması barədə məlumatlara münasibət bildirən S. P. Çan qeyd edib ki, məsələni diqqətlə araşdıracaq: “Bizim orada heç bir nümayəndəliyimiz yoxdur. Əgər hansısa şirkət öz binasında bizim loqomuzu asıbsa, o loqo söküləcək. Orada loqomuzun istifadəsinə yol verməyəcəyik. Biz şirkətimizin adının siyasi məsələlərdə hallandırılmasını istəmirik. Mən uzun müddətdir Bakıda yaşayıram və sizin ölkənin qanunlarına hörmət edirəm. Bu məsələnin ciddiliyini başa düşürəm. Araşdıracağıq və belə bir hal varsa, aradan qaldırılacaq. Amma bir daha vurğulayım ki, bizim orda nümayəndəliyimiz və distribütor kimi əməkdaşlıq etdiyimiz hər hansı şirkət yoxdur”.

Tarix
8 Noyabr 2014 [00:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin