Füzulidə 2 otaqlı ev yanıb

14:37 - 20 Sentyabr 2016 - HADİSƏ

Füzuli rayonuda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Şükürbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 77 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti