Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümə start verir

12:04 - 20 Sentyabr 2016 - Mədəniyyət

Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümə start verir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu gün baş rejissor Gümrah Ömərin quruluşunda hazırlanan “Naməlum Axundzadə” (M.F.Axundzadə) tamaşası ilə tamaşaçıların görüşünə gələcəklər. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibaşçısı isə Ramiq Mehdidir. Tamaşada əməkdar artistlər Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Zümrüd Qasımova, Hikmət Rəhimov çıxış edir. Tamaşa Azərbaycan Dövlət Kukla Teatrının binasında saat 19.00-da başlayacaq.
 


Xəbər xətti