Vergilər naziri Füzulidə vətəndaşları qəbul edəcək

12:25 - 20 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Sentyabrın 23-də vergilər naziri Fazil Məmmədov Füzuli rayonunda Muğam mərkəzində (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyindən verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 8 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Qarayev Mahir Qaraxan oğlu, əlaqə telefonu (02122-5-25-52), mobil (050-330-77-55) və Füzuli Rayon Vergilər Şöbəsi (əlaqələndirici şəxs: Əliyev Əlövsət Məqsəd oğlu, əlaqə telefonu: (02631-5-54-54), mobil (050-332-70-26) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Xəbər xətti