Hərbi gəmi tankerlə toqquşub - Filippində

11:44 - 20 Sentyabr 2016 - HADİSƏ

Filippində ölkənin Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmi Liberiya bayrağı altında üzən tankerlə toqquşub. Ucnoqta.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində zərərçəkən olmayıb, hərbi gəmiyə cüzi ziyan dəyib.

Məlumata əsasən, tankerlə hərbi gəmi Zamboanqa şəhəri yaxınlığında, sahildən 1 km aralıda toqquşub.
Faktla bağlı araşdırma aparılır. Filippin Sahil Mühafizəsi Xidməti heyəti yerli və Ukrayna vətəndaşlarından ibarət tankerin yola düşməsinə qadağa qoyub.

Xəbər xətti