Türkiyədə FETÖ-yə üzv olmaqda şübhəli bilinən daha 141 nəfər tutulub

11:26 - 20 Sentyabr 2016 - DÜNYA

Türkiyənin 15 əyalətində Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinən 141 nəfər tutulub.

Ucnoqta.az "Haber7"yə istinadən xəbər verir ki, onlar FETÖ-çülərə aid "By Lock" adlı proqramın istifadəçiləridir.

Məlumata görə, əməliyyat İstanbul, Ankara, Kayseri, Bingöl, Kırıkkale, Konya, Mersin, Afyon, Yozqat, Bursa, Samsun, Tokat, Mardin, Düzce və Sivasda keçirilib.

Tutulanların çoxu müəllimdir. Onlar arasında elmlər doktorları da var. 

Xəbər xətti