Hülusi Kılıç etimadnaməsinin surətini Moldova XİN-ə təqdim edib

11:15 - 20 Sentyabr 2016 - DÜNYA

Türkiyənin Moldovaya yeni təyin olunan səfiri Hülusi Kılıç bu ölkənin Xarici İşlər və Avropaya inteqrasiya nazirinin müavini Daniela Morari ilə görüşüb. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə görüşdə iki ölkə arasında münasibətlərin hazırki səviyyəsindən məmnunluq ifadə olunub, həmçinin müxtəlif sahələrdə əlaqlərin genişləndirilməsi qeyd edilib.

Xanım Daniela Morari Hülusi Kılıça Moldovanın 25 il ərzində keçdiyi müstəqillik yolunda Türkiyənin göstərdiyi dəstəyə və yardıma görə təşəkkürünü bildirib.

Yeni səfir Hülusi Kılıç etimadnaməsinin surətini nazir müavininə təqdim edib.

Xatırladaq ki, H.Kılıç 2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb.

Xəbər xətti