Səudiyyə Ərəbistanı 2,5 milyon Suriya qaçqını qəbul edib

09:35 - 20 Sentyabr 2016 - DÜNYA

Suriyada münaqişə başlayandan bu yana 2,5 milyon yerli vətəndaş Səudiyyə Ərəbistanına qaçıb.

Bu barədəBMT-də keçirilən kütləvi miqrasiya problemləri üzrə forumda vəliəhd şahzadə Məhəmməd ibn Naif Əs-Səud məlumat verib.

"Səudiyyə Ərəbistanı böhran başlayandan 2,5 milyon suriyalını qəbul edib, onlara rahat işləmək və yaşamaq imkanı verib", - deyə Səudiyyə monarxının vəliəhdi bildirib.

"Ər-Riyad 141 min suriyalı məktəbliyə pulsuz oxumaq imkanı yaradıb və qonşu ölkələrdə milyonlarla suriyalıya yardım göstərib", - deyə o əlavə edib.

Xəbər xətti