Bakıda dərs zamanı səs salan şagird müəllimin oğlu tərəfindən döyülüb

09:20 - 20 Sentyabr 2016 - HADİSƏ

Qaradağ rayonunun Ələt qəsəbəsində məktəbli uşaq döyülüb.

1 saylı Şəhər Kliniki Xəstəxanasından "Report"a verilən məlumata görə, 16 yaşlı Muradov Mustafa Fazil oğlu kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, 127 saylı məktəbin şagirdi Mustafa Muradovu müəlliminin oğlu döyüb. Hadisə Mustafanın müəllimin dərsində nadinclik etməsi üstündə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti