Ana səhifə
19 Sentyabr 2018

Minaya düşən sakin danışdı

Ayağı amputasiya edilən sakin hadisənin necə baş verməsini xatırladı

 

Tovuzun sərhəddə yerləşən Əsrik-Cırdaxan kəndində mina partlaması nəticəsində ayağını itirən Bayram Süleymanov Tovuzda Mərkəzi rayon Xəstəxanasında müalicə olunur.

 

O, artıq reanimasiyadan çıxarılaraq palataya köçürülüb.

 

Bayram Süleymanovun sözlərinə görə, mal-qaranı gətirmək üçün təmas xəttinə yaxın ərazidə minaya düşüb. Orada minanın basdırılması barədə nişanlar olsa da, havanın duman-çiskinli olması səbəbindən nişanları görməyib.

 

Mina partlayandan sonra sağ ayağı parçalanan Bayram Süleymanov çətinliklə sürünərək həbrçiləri köməyə çağırıb. Onu xeyli qan itkisilə xəstəxanaya çatdırıblar.

 

Hərbçilərin köməyilə xəstəxanaya yerləşdirilən Bayram Süleymanovun həyatını xilas etsələr də, ayağı amputasiya olunub. (ANS PRESS)

Tarix
7 Oktyabr 2014 [16:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin