Ana səhifə
18 Sentyabr 2018

“Mançester Siti” Quardiolanı istəyir

Çempionlar liqasındakı uğursuz çıxışına görə qrupdan çıxma şansı minimuma enən “Mançester Siti” ilə bağlı yeni xəbərlər yayılıb.

 

Ucnoqta.az-ın İngiltərənin “Daily Mirror” qəzetinə istinadən verdiyi xəbərə görə, klub yeni məşqçi axtarışlarına başlayıb. Artıq Pelligrini ilə yollarını ayırmağa qərar verən «Mançester Siti» baş məşqçi postuna əsas namizəd kimi Pep Quardiolanı görür. Daha öncə də ingilis klubundan təklif göndərilməsinə baxmayaraq rədd cavabı verən «Bavariya»nın hazırkı məşqçisi Quardiolaya ikinci dəfə təklif göndərilməsi planlaşdırılır. Yaxın zamanlarda rəsmən klub tərəfindən bununla bağlı addımın atılacağı gözlənilir.
Qəzetdə yer alan xəbərə görə “Siti”nin sahibi Şeyx Mansurun artıq Çempionlar Liqasında uğurlar istəyir və buna nail olacağ tək məşqçi kimi isə Quardiolanı görür. Quardioladan yenidən rədd cavabı alınacağı təqdirdə isə digər 5 əsas namizəddən biri bu posta gətirələcək. Bunlar isə “Atletiko»nun çalışdırıcısı Dieqo Simeone, Dortmundlu Jurgen Klopp , “Ayaks”ın hazırkı məşqçisi Frank De Boer, “Southampton”un baş məşqçisi Ronald Koeman və ən nəhayət “Mançester Siti”nin ikinci komandasını çalışdıran və keçmiş oyunçusu Patrik Vieradır.

Samir Mehralıyev

Tarix
7 Noyabr 2014 [18:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin