Ana səhifə
15 Noyabr 2018

Rusiya “əzələsini” nümyiş etdirir

Qabil Hüseynli: “Qərbin Cənubi Qafqazla bağlı, müsbət hərəkətləri fonunda Rusiyanın aqressiv siyasəti xoşagələn deyil”

 


Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağa yerləşdirilmiş erməni silahlı birləşmələri iğal edilmiş Azərbaycan ərazilərində geniş miqyaslı hərbi təlimlərə start verib. Təlimlərə çoxlu sayda texnika və hərbi surst cəlb edilib. Rus əsgərlərinin iştirak etdiyi hərbi təlimlərin erməni ictimaiyyətinə hesablandığı qeyd olunsa da, burada Azərbaycana “əzələ nümayişi”nin hiss olunduğu da ehtimal edilir. Bir çox ekspertlər hesab edirlər ki, rusların qatıldığı təlimlərə səbəb Ermənistanın Gömrük İttifaqına Qarabağsız qoşulmasıdır. Guya Ermənistan ictimaiyyəti Sarqsyan hökümətinin Qarabağı İttifaqa qoşa bilmədiyinə görə erməni xalqının yanında olduğunu göstərməyə çalışır. Rusiya işğalçı dövlətə “güc verməklə” Azərbaycanla münasibətlərə soyuqluq qata biləcəyinin fərqində olmadığını nümayiş etdirir. Qeyd edək ki, rus əsgərləri “Dağlıq Pəmbək”, “Kəmxud” və “Alagöz” təlim məşq komplekslərində kəşfiyyat təlimləri keçirirlər. Rus əsgərlərinin erməni silahlı qüvvələri ilə birlikdə belə təlimlər keçirməsi Azərbayacan ictimaiyyəti tərəfindən normal qarşılana bilməz.
Politoloq Qabil Hüseynli hesab edir ki, bu təhlükəli bir manevrdir. Onun sözlərinə görə, illərdir ki, Rusiyanın Gümrüdəki hərbi bazasında qoşunlar yerləşsə də, indiyə qədər Ermənistan-Rusiya birgə hərbi təlimi həyata keçirilməyib. Politloq hesab edir ki, bu gün birdən-birə belə bir hərbi təlimin həyata keçirilməsi şübhəli nəticələrin ortaya çıxarılmasına səbəb olur. Hətta NATO dairələrində Rusiya tərəfindən Ermənistanda Azərbaycan üçün təxribat qruplarının hazırlanması barədə məlumatlar da yayılıb. Bu mənada Q.Hüseynli hesab edir ki, indiki şəraitdə keçirilən hərbi təlimlər Azərbaycana qarşı hazırlanmış təxribat kimi təqdim edilir. “Azərbaycan isə öz əvəzində Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin qayğısına qalır. Bu gün Rusiya ilə münasibətlərin yüksəldiyi də qeyd edilir. Belə bir şəraitdə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə aparan tədbirlərin həyata keçirilməsi yol verilməzdir. Ən azından Rusiya rəhbərliyi başa düşməlidir ki, belə bir tədbirin həyata keçirilməsi digər dövlətlərlə, məsələn Azərbaycanla münasibətlərin sərinləşməsinə, Gürcüstanla isə daha da gərginləşməsinə gətirə bilər. Bir sözlə, Şimal qonşumuzun hərəkətləri heç cür başa düşülən deyil. Buna görə də keçirilən hərbi təlimlər Kollektiv Müdafiə Təşkilatı daxilində həyata keçirilən təlimlərə oxşamır. Çünki burada həmin təşkilatın digər üzvləri iştirak etmirlər. Bütün bunlar onu göstərir ki, Rusiya yenə də dinc durmur. Məsələn, bu günlərdə Gürcüstanın prezidenti belə bir açıqlama vermişdi ki, Rusiya tanklarının nə vaxt hansı yerdə peyda olacağını proqnozlaşdırmaq mümkün deyil. Rusiya təhlükəsi hər bir region üçün mövcuddur. Artıq bir çox ölkə prezidentləri də Rusiyanın proqnoza yatmayan hərəkətləri barədə həyəcan təbili çalırlar. Bu mənada Cənubi Qafqaz məsləsində Rusiyanın fəallaşdığını söyləmək olar və Qərbin Cənubi Qafqazla bağlı, xüsusən də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müəyyən müsbət hərəkətləri fonunda Rusiyanın bu aqressiv siyasəti xoşagələn deyil”.
Q.Hüseyni bildirdi ki, Rusiyanın ermənilərlə birgə hərbi təlimlərdə iştirakı Azərbaycana qarşı növbəti təzyiqlərin işə salındığını göstərir. Politoloq qeyd etdi ki, Rusiya münaqişənin həlli ilə bağlı müəyyən vədlər versə də, ona əməl etmədi, əksinə, bölgədə qısa müddətli qarşıdurma yaratdı. “Soçi görüçü oldu və orada guya tərəflər arasında müəyyən mehriban münasibətlərin yaradılması ilə bağlı müəyyən səylər göstərildi. Vəziyyət nisbətən normallaşan kimi nəzərə çarpdı. Bunun ardınca isə Paris görüşü baş tutdu. Bu görüşdə Fransa maksimum qüvvə sərf etdi ki, təşəbbüsü Rusiyanın əlindən alıb tərəfləri müəyyən konsersusa gətirməyə razı salsın. Hər halda Fransanın bu səyləri hədər getmədi və tərəflər arasında qarşılıqlı etimad mühitini möhkəmləndirən müəyyən addımlar atıla bildi”.
Politoloq Rusiyanı qıcıqlandıran məsələlərin məhz bu məqamlarla bağlı olduğunu istisna etmədi. Onun sözlərinə görə, danışıqaların növəbti mərhələsinin Nyu-Yorkda keçirilməsi də Rusiya tərəfindən qıcıqla qəbul olunur. O, sanki Cənubi Qafqazda öz mövqeyini itirmək təhlükəsi ilə qarşılaşdığını görümüş kimi hərəkət edir. Ona görə də Rusiya belə manevrlərə əl atmaqla Azərbaycanı müəyyən qədər Qərb yönümlü addımlar atnmaqdan çəkidirməyə çağırır”.
Politoloq bildirdi ki, bütün bunlarla yanaşı, bu gün Qərbin Rusiya haqqında səsləndirdiyi fikirlərinə rast gələndə təəccüblənməyə bilmirsən. “Məsələn Qərbin bir jurnalında keçirilən sorğuda Putin “İlin adamı” elan edilib. Yaxud Soçidə “Formula 1” xətti üzrə keçirilən yarışların prezidenti Azərbaycanda verdiyi açıqlamalarda da bildirib ki, Putin bütün Avropanı idarə etməyə layiq olan bir liderdir. Yəni avropalıların öz işləri xatirinə məntiqdən, gerçəklikdən kənar müsahibələr verib orada Rusiyanı, onun liderini öyməsi Rusiyaya “ayaq açmağa” imkan verir və onu yeni provokasiyalara şirnikləndirir. Qərb son dövrlər Rusiyanın bəzi hərəkətlərinin qarşısını almaq əvəzinə ona qarşı müəyyən ideoloji, təbliğati planda ciddi iş aparmaq əvəzinə onun təxribati hətrəkətlərini asanlaşdıran işlər görürür ki, bu da Rusiyanın “əl-qol atmasına” imkan yaradır”.
Politoloq onu da qeyd etdi ki, Rusiya Qərbin Azərbaycanla soyuqlaşan münasibətlərini gördükcə belə hesab edir ki, Azərbaycanın manevr imkanları tükənib və əvvəl - axır Rusiyanın tələbləri ilə razılaşmalı olacaq. “Amma bu yanlış yanaşmadır. Azərbaycan Qərbsiz də, Rusiyasız da özünün xarici siyasətini apara bilir. Azərbaycan hər bir potensiala malik bir ölkədir və kimdənsə asılı vəziyyətdə qala bilməz. Rusiya özü Avrasiya İttifaqını qurmaq üçün Azərbaycana çox ciddi ehtiyac duyur və bundan ötrü bizə qarşı təhdid və təkliflər və xahişlər də göndərir”.


Tahirə Qafarlı

Tarix
7 Noyabr 2014 [18:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin