Ana səhifə
20 Sentyabr 2018

Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətini təbrik etdi

9 noyabr -Azərbaycan Respublikasınm Dövlət Bayrağı günü münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini Azərbaycan Respublikası Müdafiə naziri təbrik edib.

 

Ucnoqta.az nazirliyin saytında yerləşdirilmiş təbriki təqdim edir:

 

Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi 9 noyabr - Azərbaycan Respublikasınm Dövlət Bayrağı Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
Xatirəsini həmişə hörmət və ehtiramla yad etdiyimiz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sədrliyi ilə 24 il öncə Naxçıvan Muxtar Respublikasın Ali Məclisinin sessiyasında milli dövlət dirçəlişi ideyasının həyata keçirilməsi yolunda yekdilliklə mühüm tarixi-siyasi əhəmiyyət kəsb edən qərar qəbul edilərək Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı əvvəlcə Naxçıvanda, daha sonra isə Azərbaycan Respublikasının ali qanunvericilik orqanında dövlət bayrağı kimi qəbul edilmişdir. Qədirbilən xalqımız bu tarixi hadisəni heç vaxt unutmur.
Əsgəri şücaət və rəşadət rəmzi olan döyüş bayraqlarını isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk olaraq hərbi hissələrə təqdim etmiş və Azərbaycan əsgərinə bu bayrağı həmişə uca tutmağı arzulamışdır.
İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayragımızı Şuşada, Xankəndində və işğal altında olan digər əzəli torpaqlarımızda dalğalandıracaqsınız.
Sizin hər birinizə şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan Respublikasının Müdafiə naziri
general-polkovnik Zakir Həsənov

 

Bəhruz

Tarix
7 Noyabr 2014 [18:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin