Bəxtiyar Hacıyevin ölkədən çıxışına qadağa qoyulub

12:10 - 19 Sentyabr 2016 - ÖLKƏ İÇİ

İctimai fəal Bəxtiyar Hacıyevin Azərbaycandan çıxışına qadağa qoyulub. 

Lent.az-ın məlumatına görə, bu barədə o, özünün feysbuk səhifəsində yazıb.

B.Hacıyevin sözlərinə görə, ölkədən çıxışına qadağa qoyulub və onu hava limanından buraxmayıblar: 

“ATƏT-in illik toplantısında iştirak üçün Varşavaya gedirdim. Qadağanın kim tərəfindən və hansı əsasla qoyulduğu deyilmir”.

Xəbər xətti