Ağdamda yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO

11:52 - 19 Sentyabr 2016 - HADİSƏ

Ağdam rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə apa-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Hindarx-Quzanlı yolunun 3-cü kilometrliyində qeydə alınıb. Baharlı qəsəbə sakini Ülvan Kərimovun idarə etdiyi “VAZ 2107” markalı, 09 EH 596 dövlət nömrə nişanlı minik avtomobili Səfərli qəsəbə sakini, 1990-cı il təvəllüdlü Bayramov Bakir Şakir oğlunu vurub. Hadisə zamanı “VAZ 2107”nin sürücüsü idarəetməni itirib və avtomobil qarşıdan gələn Əhmədov Sadəddinə məxsus “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə Ü. Kərimov və yolu keçən B. Bayramov ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbər xətti