Gürcüstan MSK-nın üzvü: "Seçki sistemi sahəsində Azərbaycanla səmərəli əməkdaşlıq edirik"

11:30 - 19 Sentyabr 2016 - DÜNYA

"Gürcüstan və Azərbaycan Mərkəzi Seçki komissiyaları arasında çox yaxşı münasibətlər var. Biz çox səmərəli əməkdaşlıq edirik".

Bunu "Report"un Gürcüstan bürosuna müsahibəsində Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Dimitri Cavaxadze söyləyib.

D.Cavaxadze deyib ki, Azərbaycan ilə Gürcüstan strateji müttəfiqdirlər və bu bütün sahələrdə olduğu kimi seçki komissiyaları arasında da əməkdaşlığın inkişafına, əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradır: "Bu gün hər iki ölkənin MSK-ları səmərəli əməkdaşlıq edirlər. Biz hətta beynəlxalq tədbirlərdə də bəzən eyni mövqedən çıxış edirik”.

Onun sözlərinə görə, seçki sistemlərinin təkmilləşdirilməsi, seçkilər zamanı mütərəqqi metodların tətbiqi, təcrübə mübadiləsi və s. məsələlər iki ölkənın seçki komissiyaları arasında əməkdaşlığın üçün prioritetini təşkil edir: "Seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan artıq bir sıra mütərəqqi metodlardan istifadə edir. Biz də bu metodlardan yararlanırıq və inanırıq ki, nailiyyətlərimiz çox olacaq".

Xəbər xətti