Daxili orqanlarında tiryək keçirmək istəyən tutulub

11:27 - 19 Sentyabr 2016 - HADİSƏ

Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Bu barədə Avtosfer.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) narkotik vasitələr - 2 bükümdə ümumi xalis çəkisi 89,5 qram olan heroin, 1 bükümdə isə xalis çəkisi 4,0 qram olan tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti