Bakıda beynəlxalq şagird konfransı keçiriləcək

11:21 - 19 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Bir günəşin zərrəsiyik” mövzusunda II Beynəlxalq Şagird Konfransı keçirəcək.

Ucnoqta.az xəbər verir ki, “Multikulturalizm ili”nə həsr olunan konfrans dekabr ayında baş tutacaq.

Konfransda iştirak etmək istəyən məktəblilər noyabrın 20-dək məqalələrini Bilik Fonduna təqdim edə bilərlər. Dil və ədəbiyyat, mədəniyyət və incəsənət, tarix və etnoqrafiya, coğrafiya bölmələri üzrə məqalələr qəbul edilir.

Xəbər xətti