Azərbaycanın futzal yığması DÇ-nın 1/8 finalına vəsiqə qazanıb

09:45 - 19 Sentyabr 2016 - İDMAN

Azərbaycan milli komandası futzal üzrə Dünya çempionatının qrup mərhələsində son oyununu keçirib.

Millimiz Kolumbiyanın Medellin şəhərindəki "Coliseo Ivan de Bedout" idman kompleksində İran yığması ilə qarşılaşıb.

Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Everton Cardosonun dubl etdiyi oyunda 1 dəfə Teles Martins Tyaqo fərqlənib.

Komandamız turnirdə keçirdiyi ilk oyunda Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gəlib, növbəti oyunda isə İspaniya yığmasına məğlub olub – 2:4.

Beləliklə, 4 xal toplayan millimiz qrup mərhələsini ikinci pillədə başa vuraraq 1/8 final mərhələsinə vəsiqə qazanıb. Millimiz sentyabrın 22-də, yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 23 sentyabr, saat 02:30), Medellin şəhərindəki "Coliseo Ivan de Bedout" idman kompleksində Tayland yığması ilə qarşılaşacaq.

Komanda O Q B M V.Q B.Q TF Xal
İspaniya 3 3 0 0 9 6 7 9
Azərbaycan 3 1 1 1 7 7 3 4
İran 3 1 1 1 6 11 -2 4
Mərakeş 3 0 0 3 3 14 -8 0

Xəbər xətti