Kürdə batan 20 yaşlı qızın meyiti tapıldı

10:09 - 17 Sentyabr 2016 - HADİSƏ

Sabirabadda Kür çayında batan 20 yaşlı qızın meyiti tapılıb. APA-nın xəbərinə görə, sentyabrın 13-də Kürün Sabirabad rayonu ərazisindən keçən hissəsində batan, rayonun Narlıq kənd sakini, 1996-cı il təvəllüdlü Qəhrəmanova Sevanə Polad qızının meyiti bu gün saat 9.00 radələrində batdığı yerdən 10 kilometr aralıda Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək çıxarılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti