Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Şirvanda tədbir keçirib

16:43 - 16 Sentyabr 2016 - SİYASƏT

Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Şirvanda növbəti tədbirini  keçirmişdir. Tədbirdə MQF-nin prezidenti Rauf Zeyni, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev və 700 seçici iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Rauf Zeyni tədbir iştirakçılarını salamladı və daha sonra 26 sentyabr tarixində keçiriləcək referenduma təklif edilən əlavə və dəyişikliklərin əhəmiyyəti və mahiyyəti barədə məruzə etdi. Daha sonra isə söz Füzuli Rzaquliyevə verildi. O, tədbir iştirakçılarına referenduma təklif edilən əlavə və dəyişikliklər və onların 3 blokda cəmləşdiyi barədə məlumat verdi. Tədbir iştirakçıları çıxış edərək keçiriləcək referendumun vacibliyini vurğuladı və hamılıqla səsvermədə iştirak edəcəklərini vurğuladılar. Bundan sonra Rauf Zeyni çıxış edərək müstəqilliyimiz, təhlükəsizliyimiz, dünyada gedən qlobal proseslərdə Azərbaycanın maraqlarının müdafiəsi, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aparılan milli, bəşəri və mütərəqqi siyasətin mahiyyəti, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, vətəndaş cəmiyyətinin inkişafı və referendumda konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələr və daha sonra Azərbaycan dövlətinin inkişafı ilə əlaqədar məsələlərə kompleks münasibət bildirmişdir. Tədbir iştirakçıların suallarının cavablandırılması ilə başa çatmışdır.  

Emin


Xəbər xətti