İki uşaq atası özünü asıb - Bakıda

11:27 - 16 Sentyabr 2016 - HADİSƏ

Bakıda intihar hadisəsi baş verib. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 39 yaşlı Ramil Aydın oğlu Hüseynov yaşadığı evin həyətindəki turnikdən özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

R.Hüseynov iki uşaq atası imiş.

Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. 

Xəbər xətti