İki avtomobil toqquşub - Gədəbəydə

11:23 - 16 Sentyabr 2016 - HADİSƏ

Gədəbəydə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə apa-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Gərgər kəndi ərazisində “İsuzu” markalı yük avtomobili ilə “VAZ-2106” toqquşub.
Nəticədə VAZ-da olan sərnişin, 1984-cü il təvəllüdlü Rafiq Cəfərov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti