Erməni silahlı bölmələri atəşkəs rejimini 8 dəfə pozub

11:00 - 16 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.

Bu barədə AzərbaycanMüdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Xəbər xətti