Suriyada 50-dən çox terrorçu məhv edilib

10:43 - 16 Sentyabr 2016 - DÜNYA

Suriya ordusunun hərbçiləri və könüllülər terrorçuların paytaxt Dəməşqdən 220 kilometr məsafədə yerləşən Maan şəhərinə hücumunu dəf edib. Bu barədə "SANA" agentliyi xəbər yayıb.

Məlumata görə, "Cəbhət Fəth əş-Şam" terror qruplaşmasının silahlıları hökumət qüvvələrinin Atşan və Umm-Harateyn yaşayış məntəqələrindəki hücum ediblər. Suriya hərbçiləri döyüş zamanı 50-dən çox terrorçunu məhv edərək, silahlıları geri çəkilməyə vadar ediblər. 

Bununla yanaşı, terrorçuların 8 hərbi maşını da sıradan çıxarılıb.

Eyni zamanda, bir qrup İŞİD terrorçusu da Livanla sərhəddə pusquya salınaraq məhv edilib. 

Xəbər xətti