Azərbaycanda daha bir neçə bankın bağlanacağına dair proqnoz

15:35 - 15 Sentyabr 2016 - İQTİSADİYYAT

Azərbaycanda bankların bağlanma prosesi davam edəcək. Beynəlxalq Valyuta Fondu (BVF) belə hesab edir.

“İnterfax” xəbər verir ki, BVF-nin Direktorlar Şurası 2016-cı il sentyabrın 9-da Azərbaycanın IV maddə üzrə icmalının nəticələrini təsdiq edib.

“Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bank sektorunun kredit portfelini qiymətləndirib. Diaqnostika stress-testlər və səyyar yoxlamalardan ibarət olub.

Bu qiymətləndirmənin yekunları ilə bağlı hesabatda palata bankları 3 qrupa ayırıb: 1-ci qrupa sistem əhəmiyyətli banklar, 2-ci qrupa bəzilərinin kapital və likvidlik çatışmazlığı ilə üzləşdiyi orta həcmli banklar, 3-cü qrupa MBNP-nin 2016-cı ilin sonunadək bağlamaq niyyətində olduğu kiçik və həyat qabiliyyəti olmayan banklar daxildir”, - deyə hesabatda qeyd olunur.

BVF-nin icmalına əsasən, bank sistemi depozitlərinin 22%-i 3-cü qrupa daxil olan bankların payına düşür.

Qeyd edək ki, yanvar-iyul aylarında respublikada tənzimləyici tərəfindən 10 bankın lisenziyası ləğv edilib. Hazırda Azərbaycanda 34 bank fəaliyyət göstərir.

Xəbər xətti