Milli Məclisin deputatları Rusiya Dövlət Dumasına seçkiləri müşahidə edəcək

13:10 - 15 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Milli Məclisin (MM) deputatları sentyabrın 18-də Rusiya Dövlət Dumasına keçiriləcək növbəti seçkiləri müşahidə etmək üçün sabahdan bu ölkənin bir sıra şəhərlərində səfərdə olacaqlar.

MM-dən verilən məlumata görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Muxtar Babayev Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin xətti ilə Moskva və Tver, millət vəkilləri Rüfət Quliyev və Mixail Zabelin MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində Sankt-Peterburq və Moskva şəhərlərində seçkiləri izləyəcəklər.

Azərbaycanlı deputatlar seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, seçicilərin fəallığına diqqət yetirəcəklər.

Səfər sentyabrın 20-də başa çatacaq. 

Xəbər xətti