Beynəlxalq Bankda dövlətin payı artırılacaq

11:28 - 15 Sentyabr 2016 - İQTİSADİYYAT

2016-cı ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) kapitalında Maliyyə Nazirliyinin payı 95%-dək artacaq. 

Fins.Az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanın IV maddə üzrə icmalına dair hesabatında deyilir.

BVF-nin Direktorlar Şurası 2016-cı il sentyabrın 9-da Azərbaycanın IV maddə üzrə icmalının nəticələrini təsdiq edib. 

“2015-ci ilin sonunadək bankın kapitalında Maliyyə Nazirliyinin payı 85%-dək artıb. 2016-cı ildə bankın 500 milyon manat məbləğində kapitallaşması başa çatdıqdan sonra nazirliyin payı 95%-dək artacaq”, -  deyə hesabatda bildirilir.

“Bununla yanaşı, əsas məqsəd 5 il ərzində ABB-nin tam özəlləşdirilməsidir”, - deyə qeyd olunur.

Prezident İlham Əliyev 2015-ci il iyulun 15-də ABB-nin maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə əlaqədar fərman imzalayıb.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır.

Xəbər xətti