Hərbi hissənin anbarından xeyli miqdarda güllə oğurlanıb - Ermənistanda

11:21 - 15 Sentyabr 2016 - DÜNYA

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin anbarında oğurluq faktı aşkarlanıb.

Ermənistanın “Aravot” qəzetinin verdiyi məlumata görə, oğurluqda hərbi hissənin anbar rəisi işləmiş Armen Avetik oğlu Muradyan günahlandırılır.

İttihama əsasən, o, vəzifəsindən sui-istifadə edərək 2014-cü ilin dekabr ayından 2015-ci ilin mart ayınadək ona həvalə edilmiş anbardan müxtəlif çaplı güllə oğurlayıb. Sonra A. Muradyan güllələri Lori rayonunun Stepanavan şəhərinə aparıb və orada satıb.

A.Muradyan Cinayət Məcəlləsinin 235 (qanunsuz yolla silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular, satma, saxlama, daşıma) və 238 maddəsi ilə (silah, sursat, partlayıcı maddələr və qurğularının oğurlanması) ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti