Saday Şəkərli kassasiya şikayəti verib

11:20 - 15 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Şair Saday Şəkərli barəsində olan hökmdən kassasiya şikayəti verib.

Bu barədə apa-ya məlumat verən vəkil Bəhruz Bayramov bildirib ki, şikayət Ali Məhkəməyə təqdim edilib. Kassasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılması istənilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti isə qismən təmin olunaraq onun ittiham olunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak ələ keçirmək məqsədi ilə törədildikdə)maddəsi 182.2.4-cü (zərərçəkmiş şəxsə xeyli ziyan vurmaqla törədildikdə) maddəsinə tövsif edilib və cəzası 10 ildən 5 ilə endirilib.

S.Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Xəbər xətti